Qəbri bilinməyən sənət fədaisi 70 ildən sonra xatırlandı

Qəbri bilinməyən sənət fədaisi 70 ildən sonra xatırlandı

Hazırda oxunan: Qəbri bilinməyən sənət fədaisi 70 ildən sonra xatırlandı

55532

Azərbaycan dram-kino sənətinin inkişaf tarixində böyük xidmətləri olmuş şəxsiyyətlərdən biri də Bilal Əhməd Kərbəlayi Mir Mahmud oğludur. O, 1884-cü ildə Bakının Pirşağı kəndində həkim ailəsində dünyaya göz açıb. AtasıPirşağının 11 bəyindən biri olmuş Mir Mahmud bəy mömin bir insan olmaqla yanaşı öz peşəsinin də mahir bilicisi idi.Babası Əhməd bəy (Türk Əhməd) Sultan Əhməd şəcərəsindəndir, Türkiyədən Bakıya köçüblər. Həyat yoldaşı Çeşmi xanımMolla Əzm qızı tanınmış “Məmməd Səfi” nəslindəndi, 8 uşaq böyüdüb tərbiyə edib. Hələ kiçik yaşlarından dərin ağlı, zəkası ilə digər bacı və qardaşlarından seçilən Bilalı atası Mollaxanaya qoyur. O, burada “Quranı” öyrənir, ərəb-fars dillərinə mükəmməl yiyələnir. Sonra isə Bakı Gimnaziyasına daxil olur, 1907-ci ildə oranı" fərqlənmə" diplomu ilə bitirir. Gimnaziyada oxuduğu illərdə dramaturgiyaya xüsusi həvəs göstərir, rus, alman dillərini öyrənməyə başlayır. Ailənin problemlərini nəzərə alıb işləməyə başlayır". Orucov qardaşları" mətbəəsində işə girir, mürəttib ixtisasına yiyələnir. Süleyman Məlikov, Qulam Məmmədli, Ağabəy Mahmudov və başqaları ilə bərabər “Kaspi” mətbəəsində çalışır. Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan hökuməti tərəfindən Leninqraq (Sankt-Peterburq) Teatr İnstitutuna oxumağa göndərilir.

Stanislavski-Nemiroviç-Dançenko məktəbindən bəhrələnir. Elə oradaca Mariya Vasilyevna adlı ziyalı qadınla ailə həyatı qurur. 1924-cü ildə Bakıya qayıdır, Türk İşçi Teatrına işə qəbul olunur. Əvvəlcə aktyor, sonralar ədəbi hissə müdiri, ən nəhayət teatrın direktoru vəzifəsində çalışır. 1933-cü ildə Türk İşçi Teatrı Gəncəyə köçürüldüyündən Bilal Əhməd Şəkiyə - Dram Teatrın yaranması üçün göndərirlər. Bir müddətdən sonra yenidən Bakıya qayıdır və o bu dəfə Azərbaycan Dram Teatrına baş rejissor və direktor təyin edilir.

Qeyd edək ki, o, 1925-ci ildə Abbas Mirzə Şərifzadənin çəkdiyi “Bismillah” filminə çəkilib. O dövr üçün ən yüksək ad olan “Əmək qəhrəmanı” fəxri adı ilə təltif olunur. 1937-1938-ci illərin qara yelləri Bilal Əhməddən də yan keçmir. 9 ay heç bir günahı olmadan şərlənərək həbsxana həyatı yaşayır. NKVD-nin zirzəmisində 9 ay qalsa da, günahı təsdiqlənmir. Əsəb xəstəsinə çevrilir, sənətdən ayrılır. Ciyərlərində ağır problemlər yaşanır. Bilal Əhməd özü də bilmir ki, azadlığa buraxılsa belə, NKVD onu nəzarətdən buraxmır və müəyyən bir vaxt keçdikdən sonra zavodda işə düzələn Bilal Əhmədi guya çörək kartoçkalarının uçotunu düzgün aparmadığına görə 10 il həbs cəzasına məhkum edirlər və o, 1944-cü ildə Gəncə həbsxanasında ciyər xəstəliyindən vəfat edir. Neçə-neçə tərcümələri, pyesləri, ideyaları yarımçıq qalır. Beləcə, bacarıqlı aktyor, rejissor, tərcüməçi, publisist, yazıçı, təşkilatçı Bilal Əhməd dünyasını dəyişir. Üstündən 70 il keçsə də, hələ heç kim bu sənət fədaisini yada salmır. Teatr və teatr tarixi ilə bağlı yazılan kitabların heç birində Bilal Əhmədin adı qeyd olunmur. Bu sadəcə olaraq haqsızlıqdır. 1991-ci il 14 may tarixli “İlham” qəzetində Bilal Əhməd haqqında yaxşı ki, yazı gedib. Biz də çalışdıq ki, bu sənət fədaisini xatırlayıb 130 illiyini yad edək. İnanırıq ki, Gəncədə,Şəkidə, Sabunçuda Bilal Əhmədin xatirəsi əbədiləşdiriləcək. Teatr Xadimləri İttifaqı Bilal Əhmədin xatirəsinin əbədiləşdirilməsində öz layiqli töhfələrini verəcək. Hələ də qəbri bilinməyən sənət fədaisinin qəbrinin tapılmasında yəqin ki, Gəncə əhli dəstək olacaq. Həbsxanadan sonra harada dəfn edildiyi dəqiq məlum deyil. Ümid yalnız Gəncə əhlinədir. Əgər həmin məzarı tapsanız, bizimlə əlaqə saxlayın. Artıq biz də axtarışa başlamışıq.

130 yaşın mübarək,böyük ziyalı,fədakar rejissor,istedalı yazıçı,mütərcim,XX əsr tetrımızın yaradıcıs.ruhu küskün Bilal Əhməd. 70 il səni xatırlamadıq, anmadıq. Ruhun bizi bağıslasın. Bizdən yazmaq, məsələyə baxmaq, icra etmək isə məsul şəxslər və məmurların boynuna. Əgər onlar yenidən unutqanlıq etməsələr... Tarixi, tarixi şəxsiyyətləri yad etmək hər kəsin borcudur. Gəlin unutmayaq, unutsaq unudularıq, izimiq də qalmaq.Yaxşı ki, 104 FM "Düşüncələr" verilişi ilk dəfə teleradioməkanda bu sənət fədaisini yad etdi. Deməli, istəsək, hər şey edə bilərik.Sevilən.oxunan saytımız "Moderator.az" təqdim edirəm bu yazımı.İnanıram bu yaxınlarda ruhun şad olacaq!

 

Alim Nəbioğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO