Bərbərxana və gözəllik salonlarında işləyənlər bunu etməsələr 6000 manat cərimələnəcəklər - VİDEO

Hazırda oxunan: Bərbərxana və gözəllik salonlarında işləyənlər bunu etməsələr 6000 manat cərimələnəcəklər - VİDEO

55491

Bərbərxana və gözəllik salonlarına da kassa-aparatları qoyulacaq. Məqsəd kölgə iqtisadiyyatının miqyasını azaltmaq və gəlirləri leqallaşdırmaqdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərgi Xidmətinin əməkdaşı Eldar Mədətov bildirib ki, bu ilin yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisinalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.

Bizim.Media xəbər verir ki, qeyd edilən fəaliyyət sahəsində, yəni bərbərxanalar və gözəllik salonlarında da vergi münasibətlərində şəffaflıq təmin ediləcək. 

Qeyd edək ki, bərbərxanalar və gözəllik salonunda işləyənlərin bir çoxu məsələdən xəbərsiz olduqlarını deyirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasında qaydaların pozulmasına görə vergi ödəyicisinə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə 6000 manat məbləğində cərimə olunacaqlar.

Xəzər TV-nin mövzu ilə bağlı videomaterialını təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO