Daşkəsənin 34 yaşayış məntəqəsində qaz yoxdur, çəkilməsi də planlaşdırılmır - FOTO

Hazırda oxunan: Daşkəsənin 34 yaşayış məntəqəsində qaz yoxdur, çəkilməsi də planlaşdırılmır - FOTO

55474

Daşkəsən rayonunun 49 yaşayış məntəqəsindən 34-ü qazlaşdırılmayıb ki, bu da təxminən 69,4 % təşkil edir.

Rayonda yaşayan 35.500 nəfərdən 24.780 nəfəri qazlaşdırılmış ərazidə yaşayırlar. Bu məlumatı Bizim.Media-nın yerli bürosuna Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov verib. 

Onun sözlərinə görə, əhalinin 69,8 %-i qazlaşdırılmış şəhər, qəsəbə və kəndlərdə yaşayırlar.

Qazlaşdırılmamış 34 məntəqədə yaşayan 10720  nəfər əhali isə odundan və sıxlaşdırılmış maye qazdan istifadə edirlər:

“Hazırda heç bir yaşayış məntəqəsinə qaz xəttinin çəkiliş işləri aparılmır. Qazlaşdırılması aparılmayan yaşayış məntəqələrinin əksəriyyəti çox az əhali (200 nəfərdən az) yaşayan kəndlərdir. Həmin kəndlər həm magistral qaz xəttindən çox uzaq məsafədə yerləşirlər və qaz xəttinin çəkilməsi rentabelli hesab edilmir” - deyə Vüqar Məmmədov əlavə edib.

Məlumat üçün bildirək ki, Daşkəsən rayonunda əhali sayı 35.500 nəfərdir və 1 şəhər, 5 qəsəbə, 43 kənd olmaqla 49 yaşayış məntəqəsində yaşayırlar.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO