İstismara yararsız 98 binanın sakinlərinin taleyi necə olacaq? – AÇIQLAMA

Hazırda oxunan: İstismara yararsız 98 binanın sakinlərinin taleyi necə olacaq? – AÇIQLAMA

55378

Bakıda istismara tam yararsız binaların sayı açıqlanıb. 

Bizim.Media Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi məlumata istinadən xəbər verir ki, Mənzil Kommunal Təsərrüfatı departamentinin balansında 11 minə yaxın çoxmənzilli yaşayış binası mövcuddur.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tikintisi yarımçıq qalan binaların aqibəti necə olacaq? - VİDEO


Bu binaların 98-i isə istismara tam yararsız vəziyyətdədir. Artıq binalar barəsində FHN tərəfindən də rəy verilib. 

İstismara tam yararsız binada yaşayan sakinlərin sonrakı aqibətləri həmçinin onların yeni evlə və ya konpensasiya ilə təmin olunma məsələləri də hər kəsi düşündürən mövzudur. 

Ekspert Ramil Qasımzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu tip binaların sökülüb yenidən inşa olunması böyük zaman tələb edir:

“Nazirlər kabinetinin qərarında qeyd olunmuş, əsasən sovet illərində tikilmiş və istismar dövrünü başa vurmuş çoxmənzilli binaların gələcək illərdə sökülməsi nəzərdə tutulub. Artıq 2-3 mərtəbəli binaların söküntüsü başa çatmaq üzrədir. Hazırda istifadəyə tam yararsız olan binalar 1960-cı illərdə tikilmiş “Xruşşov”, “Minsk” layihəli binalardır. Bu tip binaların söküntüsü birbaşa olaraq sahibkarlar, böyük şirkətlər tərəfindən həyata keçirilir”.

Ramil Qasımzadə evi söküləcək sakinlərin konpensasiya və yaşayış yeri ilə təmin olunma məsələlərinə də aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, böyük şirkətlər müvafiq dövlət qurumlarının icazəsi ilə bu işləri həyata keçirir. Yəni hökümət birbaşa olaraq bu prosesdə iştirak etmir:

“Təbii ki, burada müvafiq İcra hakimiyyəti və Dövlət Arxitektura komitəsinin razılığı həmçinin Fövqaladə Hallar Nazirliyinin də lazımlı rəyləri tələb olunur. Lazımı icazələr alındıqdan, layihələr hazırladıqdan sonra bu proseslər həyata keçirilir. Binalar hər hansı strateji yerdə tikilmiş olsaydı, o halda dövlət tərəfindən konpensasiya ödənilməlidir.
 

Digər hallarda isə binaların söküntüsü konpensasiya bazar qiymətlərinə uyğun şəkildə aparılmaqla şirkətlər, sahibkarlar tərəfindən icra olunur.


Həmçinin sahibkarlar yarasız binanı sökərkən, həmən ərazidə yeni tikiləcək binada vətəndaşın mövcud yaşayış sahəsindən 20 faiz artıq olmaqla, yaşayış sahəsi ilə təmin etməlidirlər. Tikinti müddətində isə vətəndaşların kirayə haqlarını ödəməklə bu iş həyata keçirilir. Bu da doğrudur ki, istismara tam yararsız mənzilləri birdən-birə bütünlüklə yeniləmək mümkün olan proses deyil. Yəgin ki, bu proses 10-15 ilə başa gələcək”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO