Gəncədə bir evdə 24 kiloqram marixuana aşkar edildi

Gəncədə bir evdə 24 kiloqram marixuana aşkar edildi

Hazırda oxunan: Gəncədə bir evdə 24 kiloqram marixuana aşkar edildi

55181

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Namazov da ələ keçirilib.

Şəxsi axtarış zamanı ondan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO