Dəfələrlə narkodispanserdən qaçan yeniyetmə ilə bağlı ÇAĞIRIŞ edildi – FOTO 

Hazırda oxunan: Dəfələrlə narkodispanserdən qaçan yeniyetmə ilə bağlı ÇAĞIRIŞ edildi – FOTO 

55143

“Nizami” metrostansiyası ətrafında yerləşən “Kapital Bank”ın yaxınlığında narkotik asılılığına düçar olmuş, təxminən 13-14 yaşlarında yeniyetmə görüntülənib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə özünün “Facebook” hesabında paylaşım edib.

O, yeniyetməyə yardım edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə, TƏBİB-ə və Ailə Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib:

“Dəfələrlə qaçan və ya qaçmağa şərait yaradılan həmin uşaqdır. Bu uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmasa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin! Bu uşaq Azərbaycan vətəndaşıdır”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Alçina Amilqızı, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO