Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə Azərbaycan Ordusunun əsgəri şəhid oldu
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir.
Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Bizim.Media