Bakıda 2 yaşlı uşağı oğurlamaqda təqsirli bilinən Gültəkin Muradova barəsində məhkəmə qərar çıxarıb.
Bizim.Media xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
MÖVZU İLƏ BAĞLI:
Bakı polisi azyaşlını oğurlayanların FOTOSUNU yaydı
Qeyd edək ki, dekabrın 29-da Sabunçu qəsəbəsində baş vermiş hadisə ilə bağlı şübhəli bilinən Gültəkin Muradova və onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıblar.
Daha sonra hadisə ilə bağlı uşağın atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media