Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirəcək - VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə orduları birgə təlimlər keçirəcək - VİDEO

54133

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

Qeyd olunub ki, 2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

“Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, "Sarsılmaz Qardaşlıq" təlimləri Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO