Azərbaycanlı yeni limon sortunu yaratdı - FOTO

Azərbaycanlı yeni limon sortunu yaratdı - FOTO

Hazırda oxunan: Azərbaycanlı yeni limon sortunu yaratdı - FOTO

53517

Tovuz rayonunun Alakol kəndindən olan Sahib Qasımov yerli ərazi üçün tamamilə xarakterik olmayan limon yetişdirir.

Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, o, ömrünün 20 ilini sitrus meyvələrinə həsr edib və indi ona yaxşı gəlir gətirirlər.

Bu gün Qasımovun yetişdirdiyi limonlar bütün qərb bölgəsində “Tovuz limonu” adı ilə satılır. Hər şey lənkəranlı fermer dostunun ona limon ağacı tingi göndərməsindən başlayıb.

"Böyük məmnuniyyətlə əkdim və gördüm ki, yaxşı məhsul verir. O vaxtdan bu işlə məşğul olmağa başladım, özüm də kitablardan çox şey öyrəndim. Subtropiklərə yaxın şərait yaratmağa çalışdım. Biznesimə başladım, alıcılarım yaxın rayonlardan bura gəlirlər. Bütün rayonda mənim limonlarım “Tovuz” və ya “Alakol limonu” kimi tanınır”, - deyə Qasımov qeyd edir.

İxtisasca aqronom olan fermerin sözlərinə görə, limon ağacı üç yaşından sonra meyvə verməyə başlayır. Hər ağacdan 5 ildən sonra 300-dən 500-ə qədər meyvə ala bilərsiniz.

Limonlar may ayında çiçək açır, payızda meyvə verir, lakin fermer istixanada becərdiyi üçün meyvəni demək olar ki, bütün il boyu yığır.

O, əmindir ki, hər il bol məhsul əldə etməyə kömək edən düzgün qulluqdur.

Məlumdur ki, üç dərəcədən aşağı olan şaxtalar meyvələr üçün zərərlidir və mənfi 7 dərəcədə ağacın özü qurumağa başlayır.

"Ona görə də qış aylarının yaxınlaşması ilə istixananın üstünü iki qat örtür, kolları bu şəkildə qorumaq üçün içəriyə soba qoyuram. Yaz aylarında ağaclara hazırlıq işləri aparılmalıdır ki, zərərvericilər məhsulu məhv etməsin. Limonlar yaxşıca suvarılıb mayalansa, meyvələr gözəl və şirəli olur”, deyə o vurğulayıb.

Qasımov limonlarını toplu olaraq 40 qəpiyə, pərakəndə satışını isə 50 qəpiyə satır. Limonu kiloqramla yox, dənə-dənə satmaq onun üçün daha sərfəlidir.

Hazırda havaların soyuq keçməsinə baxmayaraq, onun limonları istixana şəraitində yetişməkdə davam edir, yığılır və məhsulun satışı bütün rayonu əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO