Hərbçilərimiz şəhid ailələrinə bayram sovqatı verdi - FOTO/VİDEO

Hazırda oxunan: Hərbçilərimiz şəhid ailələrinə bayram sovqatı verdi - FOTO/VİDEO

53456

Müdafiə nazirinin tapşırığına əsasən  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə baş çəkilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə yazır ki, bayramlar münasibətilə onlara sovqatlar təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.

Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanıblar.
Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO