Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu il avqustun 22-də rayonun Puta qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Əhəd Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin (CM) müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb.
Həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, avqustun 18-də zərərçəkmişin tanışı, 1985-ci il təvəllüdlü Mirşahid Mehdiyev, Əhəd Nuriyevə məxsus mobil telefonda olan videogörüntüsünün sonuncu tərəfindən silinməməsi səbəbindən aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Mirşahid Mehdiyev CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
![Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır](https://bizim.media/file/articles/2021/12/30/1640868520_bb-2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:46 / 30.12.2021
Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır
Hazırda oxunan: Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır
53250
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.