Kamran Əliyev veteran və pensiyaya çıxmış prokurorlarla görüşdü - FOTO

Kamran Əliyev veteran və pensiyaya çıxmış prokurorlarla görüşdü - FOTO

Hazırda oxunan: Kamran Əliyev veteran və pensiyaya çıxmış prokurorlarla görüşdü - FOTO

53008

Dekabrın 28-də Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri və prokurorluğun digər veteranları arasında görüş keçirilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib.

Tədbirdə çıxış edən Kamran Əliyev birliyin İdarə heyətini və onların ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara sağlam və xoşbəxt həyat arzulayıb.

Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin sentyabr ayından başlayaraq işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda apardığı haqq mübarizəsində əldə etdiyi möhtəşəm qələbənin yeni geosiyasi reallıqlar yaratdığını vurğulayıb.

Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunub.

Təbrikə görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri Seyfulla Aslanov prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə edib, bundan sonra da prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulanıb.

Sonda xatirə fotoşəkli çəkdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO