Pis hava şəraitində paytaxtda nə qədər qəza BAŞ VERİB? - Rəsmi AÇIQLAMA

Pis hava şəraitində paytaxtda nə qədər qəza BAŞ VERİB? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Pis hava şəraitində paytaxtda nə qədər qəza BAŞ VERİB? - Rəsmi AÇIQLAMA

52430

Ötən gün hava şəraitinin kəskin dəyişməsi və qeyri-sabit keçməsi ilə əlaqədar paytaxtda 3 yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektoru Rüstəm Əhmədli bildirib.

Onun sözlərinə görə qəza ötən gün axşam saatlarında 3 avtomobilin toqquşması nəticəsində baş verib:

“Ölüm halı yaşanmayıb. Avtomobillərdə olan 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Bir daha sürücüləri qeyri-sabit hava şəraitində yollarda diqqətli olmağa çağırırıq”.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev isə ümumilikdə ötən gün üçün ölkədə baş verən qəzaların sayının statistikasının aparılmadığını deyib?

“Qəza ilə bağlı aylıq statistika aparırıq. Amma ötən gün bildiyim qədər baş verən qəzalarda ölüm halı qeydə alınmayıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO