
- A-
- A
- A+
Cəmiyyət
16:40 / 23.12.2021
Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı
Hazırda oxunan: Gəncədə piyadanı vurub qaçan sürücü saxlanıldı
52136
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M. Heydərlinin müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































