Azərbaycanda xarici diplomların tanınma qaydası dəyişir

Azərbaycanda xarici diplomların tanınma qaydası dəyişir

Hazırda oxunan: Azərbaycanda xarici diplomların tanınma qaydası dəyişir

52087

“Gələn ildən xarici diplomların tanınmasında yeniliklər tətbiq olunacaq”.

Bizim.Media-nın məlumatına görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov ilin yekunlarına dair mətbuat konfransında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanda tanınan diplomların sayı açıqlandı


Onun sözlərinə görə, bir çox ölkələrdə xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur.

"Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq, onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO