Safura Əlizadənin atasına 6 il şərti cəza verildi – “XİN işi”ndə hökm oxundu

Safura Əlizadənin atasına 6 il şərti cəza verildi – “XİN işi”ndə hökm oxundu

Hazırda oxunan: Safura Əlizadənin atasına 6 il şərti cəza verildi – “XİN işi”ndə hökm oxundu

51988

Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş yüksək vəzifəli şəxsləri Fərhad Mollazadə və Səlim Əlizadə 2 il sınaq müddəti olmaqla 6 il şərti cəzaya məhkum ediliblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Spunik Azərbaycan” nəşri yayıb.

Mənbə yazır ki, Əlizadə hələ də XİN-ə 167 min manat (98 235 dollar) ödəməlidir.

Mollazadə və Əlizadə Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci ilin iyulunda keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıblar. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, rüşvət alma maddələri ilə ittiham olunublar.

Mətbuat daha əvvəl Fərhad Mollazadənin deputat Asim Mollazadənin yaxın qohumu, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun dostu olduğunu yazmışdı.

Səlim Əlizadə isə “Eurovision-2010” iştirakçısı Safura Əlizadənin atası və mərhum energetika naziri Natiq Əliyevin qudasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO