Qardaşı qızını zorlayan əmi tutuldu

Qardaşı qızını zorlayan əmi tutuldu

Hazırda oxunan: Qardaşı qızını zorlayan əmi tutuldu

51776

Yevlaxda azyaşlı qardaşı qızını Bakıya apararaq onunla cinsi əlaqədə olan şəxs tutulub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda kişi 13 yaşlı qardaşı qızını zorladı


Mənbə yazır ki, dekabrın 13-də Yevlax şəhər sakini İ.Mustafayev polisə müraciət edərək bildirib ki, qızı 2008-ci il təvəllüdlü N.M və qardaşı Elçin Mustafayev itkin düşüblər.

Araşdırmalar zamanı E.Mustafayevin öz qardaşı qızını Bakıya aparması müəyyən edilib. Onların paytaxtda hansı ünvanda olması dəqiqləşdirilib. Nəticədə əmi qardaşı qızı ilə birgə Yevlax Rayon Polis Şöbəsinə aparılıb.

Azyaşlının qohumu tərəfindən cinsi istismara məruz qaldığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb. 

Qeyd edək ki, E.Mustafayevin 40 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO