
- A-
- A
- A+
Masallı sakinlərindən qanunsuz odlu silahlar götürüldü
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masalı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun sakinləri M.Məmmədov, G.Adiyev, F.Orucov və Ş.Şirməmmədovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
MÖVZU İLƏ BAĞLI:
Polisdən növbəti əməliyyat - Daha 16 odlu silah götürüldü
Silahlar aidiyyəti üzrə təhvil verilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokollar tərtib edilərək baxılmasından ötrü Masallı Rayon Məhkəməsinə göndərilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































