Azərbaycanda koronavirusla bağlı İşçi Qrup yaradıldı - Xarici ölkələrlə müzakirələr aparılır

Azərbaycanda koronavirusla bağlı İşçi Qrup yaradıldı - Xarici ölkələrlə müzakirələr aparılır

Hazırda oxunan: Azərbaycanda koronavirusla bağlı İşçi Qrup yaradıldı - Xarici ölkələrlə müzakirələr aparılır

51199

Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən COVID-19 sertifikatlarının qarşılıqlı tanınması mexanizmlərinin işlənilməsi üçün İşçi Qrup yaradılıb.

Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, İşçi Qrupun təklifləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Qərar”ı qəbul olunub.

Bu Qərardan irəli gələrək aidiyyəti dövlət qurumlarının iştirakı ilə xarici ölkələrlə COVID-19 sertifikatlarının qarşılıqlı tanıdılmasına dair ilkin müzakirələr keçirilib.

Müzakirələrin yekunlarına dair ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO