Yevlaxda kənd məktəbi 9 illik tədrisə keçir – Yeni ildən sonra

Yevlaxda kənd məktəbi 9 illik tədrisə keçir – Yeni ildən sonra

Hazırda oxunan: Yevlaxda kənd məktəbi 9 illik tədrisə keçir – Yeni ildən sonra

0:00
0:00
51174

Yevlaxda yeni ildən daha bir məktəb 9 illik tədris bazası üzrə fəaliyyət göstərəcək.

Bizim.Media-nın məlumatına görə, rayonun 4 illik Duzdağ kənd orta məktəbi 2022-ci il yanvar ayının əvvəllərindən etibarən yeni statusda çalışacaq. 

Yevlax şəhər Təhsil Şöbəsi rəsmisi Ümidvar Mamedovun Bizim.Media-ya bildirib ki, kənd sakinlərinin təhsilə olan ehtiyacları və məktəbyaşlı uşaqların say tərkibində olan dəyişikliklər nəzərə alınmaqla Duzdağ kənd dördülük məktəbinin fəaliyyəti yalnız ilin sonuna kimi davam etdiriləcək. Yeni ildən sonra isə kənd ilk dəfə olaraq 9 illik məktəbə malik olacaq.

Ümidvar Mamedovun sözlərinə görə, struktur ehtiyaclar nəzərə alınmaqla zaman-zaman yenidən qurulur. 

“Məsələn, təcrübədə rast gəlinən belə hal olub ki, Ağqırax kənd məktəbində şagird sayının yetərsizliyi o məktəbin ibtidai bazada olsa belə fəaliyyətinə xitam verilməsi ilə nəticələnib.
Yaxud əksinə, rayon ərazisində hələ də əhalisinin zərurət duymasına rəğmən ümumiyyətlə məktəbi olmayan Kolanı kəndi var. Güman ki , kənd sakinlərinin , xüsusilə də məktəbyaşlı uşaqların ehtiyacları nəzərə alınmaqla perspektivdə bu ərazidə məktəb yaradılmasına qərar verilə bilər”. 

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO