Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - ANBAAN VİDEO

Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda yaşlı qadın baxıcı tərəfindən döyüldü - ANBAAN VİDEO

0:00
0:00
51052

Bakıda ağır xəstə olan qadının yataqdan qalxmaması üçün ona qarşı fiziki zorakılıq edilib. 

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı görüntülər anbaan qeydə alınıb.

Müşahidə kameralarına düşən kadrlar paytaxtın Pirallahı rayonu, Süleyman Bağırov küçəsində baş verib.

Qızı anası 75 yaşlı Zemfira Musayevaya kömək məqsədi ilə dərmanlarının və yeməyinin vaxtında verilməsi üçün baxıcı tutub. Bu ilin sentyabrın 13-dən 63 yaşlı baxıcı onların evinə gəlib və Zemfira Musayevaya xidmət göstərib. 

Zemfira Musayevanın qızı iddia edir ki, baxıcı onlara gəldikdən təxminən 1-2 ay sonra anasının bədənində xəsarətlər aşkar edib.

Xəstəlik səbəbindən özünə xəsarət yetirməsi mümkün olmadığından yaşlı qadının qızında şübhə yaranıb. O, anasının yaşadığı evə müşahidə kamerası quraşdırıb. Bundan sonra anasınına xəsarət yetirənin baxıcı Sona Axundova olduğu məlum olub.
Mövzu ilə bağlı "Xəzər Xəbər"in hazırladığı sujeti təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO