Baş Prokurorluq AÇIQLAMA yaydı - “Azərişıq” saxta sənəd verib?

Baş Prokurorluq AÇIQLAMA yaydı - “Azərişıq” saxta sənəd verib?

Hazırda oxunan: Baş Prokurorluq AÇIQLAMA yaydı - “Azərişıq” saxta sənəd verib?

0:00
0:00
51023

"Bu gün bəzi media resurslarında “Prokurorluğun FHN-nə göndərdiyi sənəd saxta çıxdı” başlıqlı həqiqətə uyğun olmayan məqalə dərc edilib".

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərişıq” ASC-nin əməkdaşı bıçaqlandı - Sumqayıt şəhər prokurorluğundan açıqlama


Bildirilib ki, məqalədə 2020-ci ilin iyul ayında Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı Balakən Rayon Prokurorluğunda aparılan istintaq zamanı “Azərişıq” ASC tərəfindən təqdim edilən sənədlər əsasında qərar qəbul edildiyi, lakin həmin sənədlərdəki imzaların saxta olduğu vurğulanıb.

"Baş Prokurorluq tərəfindən həmin məlumat qəti surətdə təkzib olunmaqla bildirilir ki, Həcər Dibirovaya məxsus ticarət obyektində yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Balakən Rayon Prokurorluğunda araşdırma aparılmaqla, cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada toplanmış dəlillər, o cümlədən ekspertiza rəyləri kifayət qədər əsas verdiyindən, 5 iyul 2021-ci il tarixdə fakt üzrə Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq idarəsinə göndərilib. 

Cinayət işinin başlanılması haqqında qərar qəbul edilərkən “Azərişıq” ASC-nin hər hansı sənədinə istinad olunmayıb, əsas götürülməyibdir.

Həmçinin nəzərə alınmalıdır ki, prokurorluq, eləcə də digər istintaq qurumları tərəfindən sübutların əldə edilməsi zamanı müxtəlif qurumlara sorğular verilib sənədlər toplanılarkən araşdırma orqanı həmin sənədlərin saxta olub-olmamasına məsuliyyət daşımır, əksinə istintaq zamanı onları tədqiq etməklə cinayət faktları aşkarlandığı təqdirdə qanunamüvafiq tədbirlərin görülməsini təmin edir.

Hazırda qeyd olunan cinayət işi üzrə ibtidai istintaq davam etdirilməklə, sübut edilməli olan bütün halların müəyyənləşdirilməsi, o cümlədən “Azərişıq” ASC və digər qurumlardan daxil olan sənədlərin tədqiqi üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilir. 

Göstərilənlərlə əlaqədar, kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən cinayət prosesinin yalnız bir iştirakçısının sözlərinə istinadən reytinq qazanmaq xətrinə, baxış saylarının artırılması məqsədi ilə, istintaqın obyektiv gedişinə mane ola biləcək təhrif olunmuş məlumatların yayılmasının yolverilməzliyi bu məlumatı yayan saytların nümayəndələrinin diqqətinə çatdırılmaqla, etik normalara riayət edilməsini və peşəkar jurnalistikaya xas olmayan hərəkətlərdən çəkinməyi tövsiyə edirik", - deyə açıqlamada bildirilirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO