Bakıda marşrut avtobusunun sürücüsü tutuldu – SƏBƏB - VİDEO

Bakıda marşrut avtobusunun sürücüsü tutuldu – SƏBƏB - VİDEO

Hazırda oxunan: Bakıda marşrut avtobusunun sürücüsü tutuldu – SƏBƏB - VİDEO

0:00
0:00
50988

Bakıda narkotik vasitəsilərin təsiri ilə marşrut avtobusu idarə edən sürücü tutulub.

Baş Dövlət Yol Polisi İdarəsində Bizim.Media-ya verilən məlumata görə, 13 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb. Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib.
 

Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.


Toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

Qeyd edirik ki, cari ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib.

Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO