“Ramin yeraz” adlı ifaçıya 5 il həbs cəzası verildi

“Ramin yeraz” adlı ifaçıya 5 il həbs cəzası verildi

Hazırda oxunan: “Ramin yeraz” adlı ifaçıya 5 il həbs cəzası verildi

50615

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən narkotik vasitələrin təbliğini etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( Qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü “Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO