“Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb” - Muxtar Babayev

“Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb” - Muxtar Babayev

Hazırda oxunan: “Azad edilmiş ərazilərimizdə 167 mineral su yatağı aşkarlanıb” - Muxtar Babayev

50565

“İşğaldan azad olunan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bu layihələrin mineral xammala olan tələbatının ödənilməsi məqsədi ilə işğaldan azad olunmuş bölgələrdə faydalı qazıntı yataqlarının qalıq ehtiyatlarının dəqiqləşdirilməsi və potensial yataqlarda geoloji-kəşfiyyat və axtarış qiymətləndirmə işləri aparılmaqdadır”. 

Bizim.Media xəbər verir ki, bunu “Dağ-mədən sektorunda mövcud problemlər, aparılan islahatlar və inkişaf perspektivləri” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib. 

“Qarabağ bölgəsində müxtəlif istiqamətli geoloji-kəşfiyyat işləri aparılıb, çoxsaylı filiz, qeyri-filiz, inşaat və tikinti materialları, içməli, mineral-termal su yataq və təzahürləri aşkarlanıb, bunlardan 167 yataq Mineral Xammal Bazasına daxil edilib. Həmin yataqlarda respublikanın daxili istehlak bazarını təmin edəcək və hətta xarici bazarlara çıxarılacaq böyük həcmli müxtəlif növ mineral-xammal ehtiyatımız mövcuddur. İnanıram ki, bölgədə aparılacaq geoloji-kəşfiyyat işləri nəticəsində yeni faydalı qazıntı yataqları aşkar ediləcək ki, bu da həmin potensialı bir qədər də artıracaq”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO