Daxili İşlər Nazirliyi (DİN) Ağdamda iki nəfər "Azərişığ" əməkdaşının bıçaqlanması barədə məlumata münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı – VİDEO
Bizim.Media DİN-ə istinadən xəbər verir ki, törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media