Sumqayıt şəhər prokurorluğunda Əlixanov Ramin Fərman oğlunun 28.09.2021-ci il tarixdə saat 23 radələrində gözətçi işlədiyi Sumqayıt şəhəri, Novxanı bağları, 2 aprel küçəsi, V massivi, ev 319 ünvanında aralarında yaranmış mübahisə zamanı şəxsiyyəti istintaqla müəyyən olunmayan şəxsi evin həyətindən götürdüyü külünglə qəsdən öldürməsi faktına görə 29.09.2021-ci il tarixdə CInayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə ibtidai istintaq aparılır.
Bizim.Media Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, meyitin xarici müayinəsi zamanı əynində tünd göy rəngli şalvarın olması, boyunun uzunluğu 163 sm, gözlərinin qəhvəyi rəngli olması, 45-60 yaşlarında bədən səthində hər hansı fərqləndirici iz və ya ləkənin olmaması müəyyən edilib.
Həyata keçirilmiş intensiv əməliyyat-axtarış tədbirlərinə baxmayaraq zərərçəkmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Odur ki, fotoşəkildəki şəxsi tanıyanlardan 961, 050-412-02-01 və 018-654-01-54 saylı mobil nömrələr ilə əlaqə saxlaması xahiş olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:59 / 09.12.2021
Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb - Baş Prokurorluqdan AÇIQLAMA
Hazırda oxunan: Öldürülən şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb - Baş Prokurorluqdan AÇIQLAMA
49915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.