8 gündür itkin düşən SOCAR işçisinin axtarışları DAYANDIRILIB? - Rəsmi AÇIQLAMA 

8 gündür itkin düşən SOCAR işçisinin axtarışları DAYANDIRILIB? - Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: 8 gündür itkin düşən SOCAR işçisinin axtarışları DAYANDIRILIB? - Rəsmi AÇIQLAMA 

49796

8 gündür itkin düşən SOCAR işçisi hələ tapılmayıb. 

Dekabrın 1-dən Neft Daşlarında itkin düşən SOCAR-ın elektrik montyoru Mürsəl Həsənəli oğlu Namazov hələki tapılmayıb.

Bu barədə Bizim.Media-ya danışan SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov axtarışların getdiyini deyib.

MÖVZU İLƏ BAĞLI:

Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin meyiti tapıldı


Onun sözlərinə görə hava şəraiti imkan verdikcə, dənizdə axtarış tədbirləri aparılır:

“Hava şəraiti kəskinləşəndə axtarışlar dayandırılır, normallaşanda isə davam etdirilir”.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO