Vüsalə Mahirqızı APA-dan ayrılıb? – Özü aydınlıq gətirdi

Hazırda oxunan: Vüsalə Mahirqızı APA-dan ayrılıb? – Özü aydınlıq gətirdi

49700

"APA Holdinqdə heç bir dəyişiklik olmayıb, heç yerə getməmişəm, yerimdəyəm”.

Bizim.Media xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, sadəcə olaraq, qurumda gənc rəhbərlər dəyişilib:
 

"Nurşən Quliyev mənim birinci müavinim idi, yenə də elədir. İndi də öz otağımdayam. Təəssüf ki, bizim bəzi həmkarlarımız elə özümüzə münasibətdə qeyri-peşəkardırlar. Bu məlumatı zəng edib məndən soruşmaq olardı, əlçatmaz adam deyiləm.


APA Holdinq açıq qurumdur. Sabah insanlar həmin mətbuat nümayəndələrinin hansısa məmurla, qurumla bağlı yazılarına inanmamaqda haqlıdırlar. Dedi-qodunu, şayiəni kim yayıb bilmirəm, amma başqa həmkarlarımızdan da bununla əlaqəli müraciətlər olub və mən də cavab vermişəm”.

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatda iddia olunub ki, APA holdinqin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO