Masallıda toy təşkilatçısı cərimə olundu - Karantini pozdular və... - FOTO

Hazırda oxunan: Masallıda toy təşkilatçısı cərimə olundu - Karantini pozdular və... - FOTO

49562

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulması müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Karantini pozan restoran icarədarı və toy sahibi cəzalandırıldı - FOTO


Belə ki, “Qəriblər” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4 000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO