İnsanların sirli qeybə çəkilməkləri – 5 SİRLİ HADİSƏ

Hazırda oxunan: İnsanların sirli qeybə çəkilməkləri – 5 SİRLİ HADİSƏ

0:00
0:00
49538

Vaxtaşırı Azərbaycanda da itmiş insanların axtarışı ilə bağlı elanlara rast gəlinir və müəyyən zaman sonra onların əksəriyyətinin tapılması barədə müvafiq strukturlar tərəfindən açıqlama verilir. Yazıya keçməzdən öncə xatırladaq ki, I Qarabağ savaşı zamanı əsir, girov və itgin düşmüş 4 minə qədər azərbaycanlı haqqında Ermənistan hələ də bir informasiya vermir. Amma bu müharibə zamanı qeydə alınan faciədir. 

Bizim.Media-nın təqdim etdiyi yazı isə qəribə yoxa çıxmaqlarla bağlıdır:

Nikol Moren

1985-ci il iyulun 30-da anası ilə Torontodakı evində olub. Həmin gün rəfiqəsi ilə hovuza gedəcəyini deyən qız bir daha geri qayıtmayıb. Valideynləri həyatlarını qızlarının axtarışına sərf etsələr də, mənasız olub. Heç qonşuları da qızın liftə girdiyini görməyiblər. Onun gündəliyində son qeyd belə idi:

“Mən yox olmalıyam”.

Medlin Bet Makkan 

2007-ci il mayın 3-də Portuqaliyadakı otel nömrələrindən birində 3 yaşlı Medlinin itməsi səs-küy doğurub. Onun barəsində hələ də məlumat yoxdur.

David Qerrero Qevara

İspaniya Malaqasından olan 13 yaşlı rəssam 1987-ci ilin 6 aprelində itib. “Gənc Pikasso” adlandırılan Davidin izləri hələ də tapılmayıb.

Eypril Fabb

8 aprel 1969-cu ildə Britaniyadan olan 13 yaşlı məktəbli Eypril itib. Yaxşı təhsil alan utancaq qızın itmə səbəbləri məlum deyil.

Mora Mürrey

2004-cü il 9 fevralda itən Massaçuest universitetinin tələbəsi barədə informasiya əldə olunmayıb. Mora Mürreyin itgin düşmə səbəbləri ilə əlaqədar ən maraqlı fakt onun fevralın 5-də - qeybə çəkilməsindən 4 gün əvvəl təhsil ocağının dəhlizində oturub ağlamasıdır. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO