Müəllimlər Həmkarlar İttifaqı Konfederasiyasından ŞİKAYƏTÇİDİR – “Pullarımız hara gedir?”

Hazırda oxunan: Müəllimlər Həmkarlar İttifaqı Konfederasiyasından ŞİKAYƏTÇİDİR – “Pullarımız hara gedir?”

49494

Bir müddətdir Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ətrafında bəzi şikayətlər dolaşmaqdadır. Bu mövzu sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib. Son zamanlar məktəb müəllimlərinin şikayətləri daha çox aktuallıq kəsb edir. Onların fikrincə, hər ay məvaciblərindən 2% vəsait çıxılmasına baxmayaraq, bundan heç bir fayda görmürlər.

Konfederasiya pulları sümürməklə məşğuldur. Hətta bir müddət əvvəl müəllimlər bu qurumdan imtina etmək barəsində fikirlər də səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü – VİDEO


Şikayətlərdən biri bu məzmunda başlayır:

“Yəqin ki, bütün müəllimlər, həmkarlar ittifaqının  üzvüdür. Hər ay əmək haqqınızın  2 %-i həmin təşkilatın hesabına köçürülür. Misal üçün, bir müəllim 600 manat əmək haqqı alırsa, bu il ərzində 7200 manat pul edir. Demək bu müəllim həmkarlar təşkilatına ildə 144 manat pul ödəmiş olur”.

İstifadəçilər tərəfindən bu məzmunda bir çox şikayətlər mövcuddur.

Bəs, əslində Həmkarlar İttifaqı Konfederasiyasının səlahiyyətləri hansılardır və ümumiyyətlə, bu qurum hansı işlərə təhkim olunub? 

Bizim.Media olaraq məsələni  hüquq müdafiəçisi, bir zamanlar Həmkarlar İttifaqı sistemində çalışmış Sahib Məmmədov ilə müzakirə edib.

Hüquq müdafiəçisi bildirir ki, hər kəs Həmkarlar İttifaqından üzv olub-olmaması haqqında qərarı özü verir, bu tam könüllü bir işdir. 

“Kim istəmirsə ərizə yazıb rahatlıqla buradan üzvlüyünü ləğv edə bilər. Düzdür, işə daxil olanda dövlət və büdcədən maliyələşən müəssələrdə işçi avtomatik olaraq ittifaqa daxil edilir, ancaq hər kəs mühasibatlığa və Həmkarlar İttifaqına ərizə yazaraq bu qurumdan çıxa bilər. Bu zaman onun məvacibindən çıxılan vəsait dərhal dayandırılır”. 

Sahib Məmmədov bildirib ki, hazırda Həmkarlar İttifaqının fəaliyyəti bir çox insan tərəfindən çox yanlış anlaşılır. Əslində isə bu qurumun fəaliyyəti tamamilə fərqlidir.

“Həmkarlar maddi yardımdan çox işçinin hüquqlarını qorumalıdır. Müəssisədə rəhbərliklə kollektiv müqavilə bağlayıb, bu şəxslərin üzərində nəzərət həyata keçirilməlidir”. 

Sahib Məmmədov bu məsələdə də korrupsiya hallarını da istisna etmir. O, qeyd edib ki, bəzən müalicə üçün quruma verilən bildirişlər (putyovka) insanların narazılığına səbəb olur.

“Bu gün bizdə sanatoriyaya müalicə və ya istirahət üçün göndərişlərin təşkili Həmkarlar İttifaqının üzərindədir. Amma sanatoriya xərclərini Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Bu vəsaitin 85 % fond  tərəfindən ödənilir. Qalan hissəsi isə komitənin hesablarına aid olunur. Burada qaranlıq qalan məqam isə bu göndərişlərin hər şirkətin həmkarlar komitəsinə yaxın insanlara verilməsidir. Məsələn, bir şirkətə 20 ədəd mülicə və ya istirahət üçün bildiriş alıbsa, onun çox hissəsi tanışa, qohuma verilir. Hətta elə müəssisələr var ki, “putyovka”lar oradakı işçilərin adına təsdiq olunur, amma tam başqa yerdən, heç işləməyən adamlar sanatoriyalara göndərilir”. 

Sonda Sahib Məmmədov onu da vurğuladı ki, təəssüf konfederasiyanın işində şəffaflıq yoxdur. O qədər hüququ pozulan işçi var ki, heç həmkarların qapısını tanımır.

Konfederasiya isə çox vaxt hüququ pozulan işçilərlə müəssisə rəhbərliyi arasına girmək istəmir. Artıq bu sahədə ciddi islahatların aparılmasıəna ehtiyac yaranıb.

Məsələ ilə bağlı AHİK-ə zəng etsək də suallarımızı cavablandıracaq səlahiyyət sahibi tapılmadı. Konfederasiyanın mövqeyini istənilən vaxt dərc etməyə hazırıq. 
Araşdırmamız davam edəcək.

Vüsalə Balayeva, Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO