Ata Abdullayevdən TƏLƏB: “Şahid məhkəməyə gəlsin”

Hazırda oxunan: Ata Abdullayevdən TƏLƏB: “Şahid məhkəməyə gəlsin”

49485

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizim.Media xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, ötən iclasda şahid Ziya Məmmədovun barəsində məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul edilsə də o, bu gün də məhkəməyə gəlməyib.

Onun iş materiallarında göstərilən ünvanda yaşamadığı bildirilib.

Təqsirləndirilən şəxs vəkili Telman Talıbov buna etiraz edərək şahidin dindirilməsində israrlı olduğunu bildirib.

A.Abdullayev də Z.Məmmədovun məhkəməyə gətirilməsini xahiş edib:

“Mənə telefonu Ziya hədiyyə edib. Deməli, mən də onu Ziyaya qaytarmalıyam. O da hazırda burada yoxdur. Xahiş edirəm, şahid məhkəməyə gəlsin”.

Şahidin tapılaraq məhkəməyə gətirilməsi istiqamətində daha bir qərar çıxarılıb. A.Abdullayev deyib ki, cinayət işi üzrə adı keçən şəxslərin heç birindən pul tələb etməyib. Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO