Deputatdan evtanaziyaya qarşı SƏRT REAKSİYA: “Bundan sui-istifadə edib ÖLDÜRƏCƏKLƏR” 

Hazırda oxunan: Deputatdan evtanaziyaya qarşı SƏRT REAKSİYA: “Bundan sui-istifadə edib ÖLDÜRƏCƏKLƏR” 

49479

Evtanaziya sağalmaz xəstəlikdən əziyyət çəkən və bunun nəticəsində dözülməz əzablar yaşayan insanların həyatına son qoyulması təcrübəsidir. Bir sıra Avropa ölkələrində evtanaziya leqal hesab olunur və tətbiqində heç bir maneə yaradılmır.

Azərbaycan Avropa təcrübəsini əsas götürüb evtanaziyanın tətbiqini həyata keçirə bilərmi? 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Bizim.Media-ya açıqlamasında evtanaziyanın Azərbaycanda həyata keçirilməsini mümkünsüz hesab edib: 

MÖVZU İLƏ BAĞLI:

Evtanaziya daha bir ölkədə leqallaşır


“Bu prosesin Azərbaycanda Avropadakı kimi tətbiq olunması ehtimalı yoxdur. Qanunvericilikdə də bu məsələ ölkəmizdə qadağandır. Evtanaziya Cinayət Məcəlləsinin “Həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəsilinə daxildir və adam öldürmənin bir növü hesab edilir. İnsan xəstə, yaşlı olsa belə yaşamaq hüququna malikdir. Mən bir deputat və həkim olaraq evtanaziyanın tətbiqinə qarşıyam. Bu istiqamətdə gedən fikirlər çox yalnışdır. Hər kəs ona verildiyi həyatı sona qədər yaşamalıdır hətta amansız xəstəlikləri olsa belə. Həmçinin evtanaziya tətbiq olunduğu təqdirdə, bu prosesdən sui-istifadə hallarına yol verilə bilər”.

İlahiyyatçı Elşad Miri dini və milli dəyərlər baxımından evtanaziyanın tətbiqinin yolverilməz olduğunu dilə gətirib:

“Kiminsə ağır xəstəlik səbəbindən həyatının bilərəkdən sonlandırılıması dini baxımdan günahdır və bu birbaşa insana verilmiş ömürə müdaxilə sayılır. Bu proses o halda düzgün sayılar ki, insan beyin ölümü keçirib və yaşama şansı yoxdur. Lakin insanı səbəb olmadan və ya ağır xəstəlik səbəbindən ölümə məhkum həm dini, həm də milli dəyərlər baxımından qəbuledilməzdir”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO