Məktəbdəkiləri bıçaqla hədələyən 7-ci sinif şagirdi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Məktəbdəkiləri bıçaqla hədələyən 7-ci sinif şagirdi ilə bağlı Təhsil İdarəsindən AÇIQLAMA - VİDEO

49443

Paytaxtdakı 282 nömrəli tam orta məktəbin şagirdi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü – VİDEO


“Təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır. Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli məktəbdə sagirdin sinifdə qeyri-etik hərəkətlər etməsi, digər şagirdlərə zor tətbiq etməs və bıçaqla hədələməsi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO