Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü – VİDEO

Hazırda oxunan: Azərbaycanda valideyn məktəbə hücum etdi, müəllimləri söydü – VİDEO

49440

Paytaxtın Suraxanı rayonu 282 saylı orta məktəbində şagird tərəfindən nizam-intizam qaydalarının kobud şəkildə pozulduğu iddia edilir. Həmin şagirdin valideyni isə bu iddialara pis reaksiya verərək məktəbə hücum edib, müəllimləri söyüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bizim.Media xatırladır ki, yeddinci sinifdə təhsil alan şagird sinifdə şalvarını çıxarıb, qızları küçə söyüşləri ilə təhqir edib, müəllimləri söyüb, məktəbə bıçaq gətirərək hamını hədələyib.

İnternet resurslarında yayılan xəbərdə daha sonra deyilir: "Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Əlacı kəsilən valideynlər məktəbin qarşısında etiraz aksiyası keçirmək istəyirlər".

Qeyd edək ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə reaksiya verib. 

O bildirib ki, 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir:

“Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO