Göygöldə piyadanı avtomobili ilə vurub qaçan sürücü saxlanıldı

Hazırda oxunan: Göygöldə piyadanı avtomobili ilə vurub qaçan sürücü saxlanıldı

49425

Göygöl rayonunda piyadanı vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, noyabr ayının 23-də, axşam saatlarında Göygöl rayon Polis Şöbəsinə (RPŞ) Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 369-cu km-də bir nəfər qadını avtomobil vurması, qəza nəticəsində piyadannın tanınmaz hala düşərək hadisə yerində öldüyü barədə məlumat daxil olub.Göygöl RPŞ-nin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə

yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib və həlak olan şəxsin Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Tünzalə Rəfiyeva olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınan şəxsin kimliyi müəyyən edilib.

Araşdırmalar zamanı hadisəni Göygöl rayon Xəqani kəndində yaşayan Fəxri Qasımovun “VAZ-2121” markalı avtomobil ilə törətməsi, daha sonra hadisə yerindən qaçması müəyyən edilib.

Hazırda həmin şəxs barəsində Cinayyət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO