Əli Həsənovun Gürcüstanda biznesi olduğu TƏSDİQLƏNDİ - Sənədin fotosu

Hazırda oxunan: Əli Həsənovun Gürcüstanda biznesi olduğu TƏSDİQLƏNDİ - Sənədin fotosu

49420

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun Gürcüstanda biznesi üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. 

MÖVZU İLƏ BAĞLI:

“KİVDF-yə Əli Həsənov rəhbərlik edirdi" - Samir Mustafayev məhkəmədə bəzi detalları açıqladı


Ə.Həsənovun oğlu Şamxal Həsənlinin Tbilisidəki biznes fəaliyyəti ilə bağlı sənədlərdən məlum olur ki, Həsənovlar ailəsinə məxsus DULCE NUTRİTİON LLC 2017-ci ilin oktyabrında Tbilisinin İsani rayonunda Tedzami küçəsi 5 ünvanında hüquqi qeydiyyata alınıb.

Şirkətin direktoru Sənan Abdullayev adlı şəxsdir, onun 100 faiz pay hüququ Şamxal Həsənliyə məxsusdur. Şirkətin hansı profil üzrə fəaliyyət göstərdiyi məlum deyil.

Qeyd edək ki, Sənan Abdullayevin adı Gürcüstanın İctimai Qeydiyyat üzrə Milli Agentliyində qeydiyyata alınmış "Caspian Inspection Company" Ltd (შ.პ.ს. "კასპიის საინსპექციო კომპანია"), Village Group Ltd. (შპს სოფ ჯგუფი), Megobari Ltd (შპს მეგობარი - Dost Ltd.), B.h.e. Co. Ltd (შპს B.H.E. Co.) və Pompa+ Ltd (შპს პომპა+) şirkətlərinin təsisçiləri sırasında da keçir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO