Mingəçevirdə iki qohum bıçaqlandı - SƏBƏB

Hazırda oxunan: Mingəçevirdə iki qohum bıçaqlandı - SƏBƏB

0:00
0:00
49111

Mingəçevirdə dalaşan şəxsləri ayıran iki qohum bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında  Kür çayı sahilində yerləşən Sahil parkındakı kafelərdən birinin önündə baş verib.

Əldə edilən ilkin məlumata görə, kafedə pivə içib istirahət edən iki qohum - 1994-cü il təvəllüdlü Alxanov Ömər Akif oğlu və 1989- cü il təvəllüdlü Əhmədov Firqət Fəxrəddin oğlu gözlənilmədən mübahisə və münaqişə edən şəxsləri görüb ayırmaq istəyib.

Bu zaman hər iki şəxs münaqişə edən şəxslər tərəfindən bıçaqlanıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO