Şabranda avtomobil bir nəfəri öldürdü - Kimliyi məlum deyil

Hazırda oxunan: Şabranda avtomobil bir nəfəri öldürdü - Kimliyi məlum deyil

49094

Şabranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə dekabrın 3-də axşam saat 21:30 radələrində Quba-Bakı yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford Tranzit” markalı avtomobil 45-50 yaşlı piyadanı vuraraq öldürüb.

Qeyd edək ki, ölən şəxsin kimliyi məlum deyil. Meyit aşkar olunarkən üzərində göy cins şalvar və qara gödəkcə olub.

Həmin şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 733-06-06 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO