Azərbaycanda son 24 saatda 26 597 nəfərə buster doza vurulub - TƏFƏRRÜAT

Hazırda oxunan: Azərbaycanda son 24 saatda 26 597 nəfərə buster doza vurulub - TƏFƏRRÜAT

49075

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 832 vaksin vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 889, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 346 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 26 597 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 675 649, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 095 524, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 588 915 nəfər təşkil edir.

Ümumilikdə isə 991 210 buster doza vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO