Həyat yoldaşınız sizlə niyə yaxınlıq etmir? – Psixoloqlardan 5 SƏBƏB

Hazırda oxunan: Həyat yoldaşınız sizlə niyə yaxınlıq etmir? – Psixoloqlardan 5 SƏBƏB

49072

Bəzən tərəf müqabilləri arasında soyuqluq yaranır. Ya ər arvadını, ya da xanım öz kişisini istəmir. Daha doğrusu, boşanmaq istəməsələr də, yaxın da olmaq niyyətində deyillər.

Bizim.Media xəbər verir ki, psixoloqlar bu situasiyaya 5 səbəb gətirirlər.

Qorxu və streslər

Müasir stres ailə seksinin qatilidir. Böhran zamanı bu özünü daha çox göstərir. Qorxu isə hansısa bədbəxt, xoşagəlməz hadisə nəticəsində alınan mənəvi zərbədən dolayıdır. Əgər sevişmə anınızda pis nəsə olubsa, təkrar yaxınlıqdan qaçmağınız bununla əlaqədardır.

Qarşılıqlı iradlar

Köhnə konfliktlər intim münasibətin cəlladıdır. Amma elə cütlüklər də var ki, nifaqı yataqda yoluna qoyurlar.

Mağara stereotipləri

Ən çox kişilər köhnəfikirli olurlar. Nəticədə qızlar bundan daha çox əziyyət çəkir. Amma bəzən kişilər daha dünyagörüşlü olduğu üçün bu problemi qadınlar yaradır. Ən əsası da poza mövzularında...

Ərin 25 yaşı yoxdur

Bəzən kişilərin yaşı artdıqca qadının tələbatı ilə hesablaşa bilmirlər. Amma kişilərə də seks robot kimi yanaşılmasa, xanımlar intim istəklərini ərlərinin köməyi ilə ödəyər. Yetər ki, ilk günlərdəki yaxınlıq istəyi sovuşmasın.

Onun ağlında başqası var

Hərdən kişilər xanımları ilə sevişmədiklərinə səbəb kimi xəyanət etdiklərini etiraf etmək istəmirlər. Psixoloqların təbirincə desək:

“Başına tapança dirəsən də, danacaq”. Tərəf müqabilinə mütəmadi xəyanət insanı həyat yoldaşından soyuda bilir. Xəyanətkararın çoxu isə əksini düşünür:

“Tərəf müqabilini dəyişdikcə, seksual fəallıq artır və həyat yoldaşı da qayğı ilə əhatə olunur”.

Reallıqda isə xəyanəti psixoloqlar da qınayır, qanun da, din də...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO