32 il sonra üzə çıxan QAYIQ – 2 nəfərin ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI

Hazırda oxunan: 32 il sonra üzə çıxan QAYIQ – 2 nəfərin ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI

49064

Hadisə 1989-cu ildə baş verib. Mingəçevir Su Anbarına balıq ovuna çıxan iki dost qayığın çevrilməsi nəticəsində həyatlarını itirmişdilər. O zaman dalğıcların köməyi ilə batmış şəxslərin cəsədləri tapılıb ailələrinə təhvil verilsə də qayıqdan əsarər-əlamət tapılmamışdı.

Bizim.Media xəbər verir ki, həmin hadisədən düz 32 il sonra bölgənin yeganə qayıq ustası Nofəl İsmayılov Yevlaxın Xanabad körfəzi hissəsində batmış qayığı çıxarıb həyətinə gətirib.

Usta deyir ki, o hadisə indi də qulaqlarımda səslənir, həmin günün həyəcanını yaxşı xatırlayıram: 
 

“İllər keçdi və bu illər ərzində su anbarının suyu metrlərlə ölçülə biləcək səviyyədə aşağı endi. Bu eniş körfəzin alt qatını dayazlaşdırdı və bir çox yerlərdə torpaq səth üzə çıxdı.


Düz 32 il sonra iki nəfərlə birlikdə batan gördüyünüz bu qayığın da yeri aşkarlanmış oldu. Mən də onu gətirib öz “tərsanəmdə” təmir etmək qərarına gəldim”. 

Nofəl  İsmayılov deyir ki, bu qədər vaxt keçməsinə baxmayaraq, hər kəs hələ də o hadisədən danışırdı. Mən də qayığı tapanda qərar verdim ki, onu yenidən həyata qaytarım, xatirə olsun:  

“Amma acığı qayığın dəmir material hissəsi dərin korroziyaya uğrayıb, normal təbii bərpası mümkünsüz görünür. Ona görə də əlavələrin çox olması lazım olacaq”.

İsmayılovlar ailəsi elə ata-babadan bu sənətlə məşğuldur. Bölgənin dörd bucağından onların həyətinə qayıq düzəltdirmək, təmir etdirmək üçün gəlirlər. Nofəl İsmayılovun sözlərinə görə, qayıqçılıq bacarıqları ona atası Fəzahir kişidən qalıb.
 

O, qədim qayıqçılıq ənənələrinə uyğun olaraq yalnız taxta materiallardan qayıq hazırlayardı. İndi belə qayıqlara təlabat qalmadığından demək olar ki, əsasən dəmir materialdan hazırlanır. 


Usta deyir ki, sifarişlər çox olur:

“Normal bir qayığın ərsəyə gətirilməsi üçün təxminən ay yarım dinamik iş tələb olunur. Təmir işləri üçün isə bir həftə vaxt yetərlidir. Qayıqların ölçüsü və dizayn məsələsi təbii ki, fərqli olur. Baxır ki, kim öz qayığını necə görmək istəyir. Ona görə də sifarişlərin hamısını götürmək olmur, müştərini razı salmaq üçün həm əmək laızmdır, həm də vaxt”. 
 

Nofəl İsmayılov sənətini yarımçıq qalmasın deyə, estafeti oğluna ötürmək fikrindədir. Elə oğlu Kamil də bu gün ən yaxın köməkçisi olmaqla yanaşı, ailəsinin qayıqçılıq ənənələrinin davamçısı kimi tanınır kənddə.


Kamil həm də Vətən müharibəsinə qatılan Zəfər təntənəsini yaşadan əsgərlərimizdən biridir. 

İndi 32 il bundan qabaq baş vermiş hadisənin tək yadigarı dəmir qayığı həyata qaytarmaq üçün atasına yardım edir. Sulara qərq olmuş iki insanın həyatını yaddaşlarda davamına nail olmaq üçün bu işin öhdəsindən gəlməyə çalışırlar...

Qayığı həyata qaytardıqdan sonra isə ona “İki nakam” adı vermək fikrindədirlər.

Ehtiram Muradov, Bizim Media – Mərkəzi Aran bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO