Erməni dilini öyrənmək bizə lazımdırmı? – Deputatdan CAVAB

Hazırda oxunan: Erməni dilini öyrənmək bizə lazımdırmı? – Deputatdan CAVAB

49062

Son zamanlar erməni dilinin öyrənilməsi mövzusu aktuallaşıb. İnsanlarda sual yaranır ki, bu dili öyrənmək nə dərəcədə düzgündür? Lazımdırmı? 

Millət vəkili Hikmət Babaoğlu yaranan suallara belə cavab verib:

"Bütün hallarda düşmənin dilini bilmək bir üstünlükdür. Özü də təkcə sırf linqivistik kontekstdə yox, həm də “dil bilmənin” Azərbaycan dilindəki məcaz anlamında".
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda erməni dilini öyrənmək üçün müraciətlərin sayı artıb - Alimlər DANIŞIR


Bizim.Media-ya özəl açıqlamasında deputat "məcaz anlamında" fikrinə də aydınlıq gətirib:

"Yəni düşmənin dili ilə bərabər onun adət-ənənəsini, milli xarakteri və psixoligiyasını, bütövlükdə mentalitetini, tarixini, ədəbiyyatını və.s...

Çünki düşmənə qalib gəlmək üçün onu yaxşı tanımalısan. Bu mənada mən hazırda erməni dilinin öyrənilməsinin aktuallaşmasını qəbahət hesab etmirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO