Zorakılığa məruz qalmış 270 qadın sığınacağa YERLƏŞDİRİLİB – Şikayətlərin sayı ARTIR

Hazırda oxunan: Zorakılığa məruz qalmış 270 qadın sığınacağa YERLƏŞDİRİLİB – Şikayətlərin sayı ARTIR

49059

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə bu il ərzində 400 qadın müraciət edib. 

Bu barədə məlumatı Bizim.Media-ya təşkilatın rəhbəri Mehriban Zeynalova verib. Onun sözlərinə görə ən çox müraciətlər sosial problemi, bu yöndə dəstəyi omayan və təminatı çətin qadınlar tərəfindən olub.

Müraciət edən qadınların bəziləri Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.

Onlara sosial xidmətlər göstərilib, bəziləri isə müvafiq qurumlara yönləndirilib:
 

MÖVZU İLƏ BAĞLI:

Qadın Zorakılığına qarşı kampaniya - Əməli işlə məşğul olmağa nə mane olur? 


“Yuxarı yaşda oğlan övladları olan qadınları sığınacağa yerləşdirə bilmirik. Sosial problemi olanları isə Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyinin Sosial Xidmətlər Agentliyinə  yönləndiririk. Zorakılıq halları ilə bağlı müraciət edən qadınlara isə xidməti biz göstəririk. Sığınacağa yanvardan bu günə qədər 270 qadın yerləşdirilib.

Bunlar məhz gender əsaslı zorakılığa məruz qalmış şəxslərdir. Onların bəziləri polis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gətirilib, bəziləri isə sosial şəbəkələrdən müraciət edənlərdir”.

Mehriban Zeynalova bildirib ki, müraciətlərdən də görünür ki, hazırda sosial vəziyyətlə bağlı durum ciddidir və qadınların bu məsələdə vəziyyəti ürəkaçan deyil:

“İşsiz, aliment problemi və digər məsələlərlə üzləşən qadınlara müəyyən dövr müddətində, yəni durumları düzələnə qədər dəstək ola bilirik”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO