Gəncədə mağazadan oğurluq edən şəxs saxlanıldı

Hazırda oxunan: Gəncədə mağazadan oğurluq edən şəxs saxlanıldı

49039

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə şəhər ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxsin qeyri-qanuni yolla mağazaya daxil olaraq oradan ümumi dəyəri 700 manat olan tütün məmulatları və 110 manat nağd pulu oğurlaması məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Satıcı işlədiyi mağazadan 63 000 manat oğurladı - FOTO


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş Samux rayon sakini Məhəmməd Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO