Bakıda narkotacirlər saxlanıldı - VİDEO

Hazırda oxunan: Bakıda narkotacirlər saxlanıldı - VİDEO

48787

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Xətai rayon sakini Anar Məmmədov tutularaq istintaqa təqdim edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

O, ifadəsində narkotik maddələri tanışı Məhərrəm adlı şəxsdən istifadə etmək məqsədi ilə aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Məhərrəm Paşayev də saxlanılıb.

Onun üzərində və idarə etdiyi avtomobildə axtarış aparılan zamanı satış üçün 24 ədəd bükümdə qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib.Məhərrəm Paşayev ifadəsində paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxslərin ətraflarında Səbail Rayon Polis İdarəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO