Bu yuxular insanı ölümə hazırlayır – TÜKÜRPƏRDİCİ FAKTLAR

Bu yuxular insanı ölümə hazırlayır – TÜKÜRPƏRDİCİ FAKTLAR

Hazırda oxunan: Bu yuxular insanı ölümə hazırlayır – TÜKÜRPƏRDİCİ FAKTLAR

48785

Ölümcül xəstələr vəfatından bir az əvvəl parlaq və eyni cür yuxular görürlər.

Bizim.Media xəbər verir ki, Buffalo mərkəzindən olan amerikalı psixoloqlar 10 il davam edən araşdırmaları nəticəsində sirli tapıntıya nail olublar.

Son nəfəsdə olan adamların qeyri-adi görmələrə şahidlik etməsi çoxdan məlumdur:

• Həyatlarının gözlərinin önünə gətirilməsi

• Sonunda işıq görünən qaranlıq dəhlizə düşməkləri

Amerikan psixoloqlarının tədqiqatlarına görə, ölümündən 3 həftə öncə pasientlər təkrarlanan motivli röyalar görməyə başlayırlar.

Bu, müalicəsi olmayan 13 min xəstəsinin 90 faizində belə olub. Onlardan 72 faizi yuxularında ölmüş yaxınları ilə ünsiyyətdə olublar. 59 % pasient sonuncu yuxularında çamadanları toplayıb uzun səfər üçün bilet alıb. Yuxularında qatar və təyyarələrdə səyahət etdiklərini görənlər də olub və eyni nəqliyyat vasitəsində onlarla şən danışan mərhum qohumları oturublar. Pasientlərin 29 %-i yuxularında ölən yox, həyatda olan yaxınlarını, 28 faizi yaşanmış xoş xatirələrini görüb.

Dünyadan köçən uşaqlara isə yuxularda əsasən onların ölmüş ev heyvanları görünüb. 

Ölümdən 10-11 həftə əvvəl başlayan bu tip yuxular 3 həftə qalmış daha aydın və intensiv xarakter almağa başlayır.

Alimlər buna ölümqabağı beyində baş verən dəyişikliklərlə izah verməyə çalışırlar. Rusiyalı psixoloq Vasili Pozdnyakovun fikrincə isə, insan beynində öləcək şəxsi başqa dünyaya hazırlayan mexanizmlər mövcuddur. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO