“Mən savaşı seçmişəm və haqsızlığa qarşı vuruşuram”

“Mən savaşı seçmişəm və haqsızlığa qarşı vuruşuram”

Hazırda oxunan: “Mən savaşı seçmişəm və haqsızlığa qarşı vuruşuram”

48708
Moderator.az Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusdan son günlər yaratdığı müqavimət mərkəzi barədə soruşub və onun bu çağırışına kimlərin dəstək verdiyi ilə maraqlanıb. Hüquq müdafiəçisi bildirib ki, “siyasi məhbusların və vicdan məhbuslarının ailə üzvləri gələrək öz dəstəklərini ifadə ediblər. Bundan əlavə keçmiş siyasi məhbuslar da gələrək öz dəstəklərini təklif ediblər.”

Leyla Yunusdan bir çox hüquq müdafiəçisi həmkarlarının onunla həmrəylik nümayiş etdirmədiklərini, bəzənsə ona qarşı aşkar-gizli qısqanclıq sərgilədiklərinin səbəbini soruşuruq. Müsahibimiz sanki sualımıza razılıq əlaməti kimi gülümsəyərək bildirir ki, həmkarlarının qısqanclığını hiss etməyə vaxtı olmur:

“Mən bu qısqanclığı hiss etmirəm. Mən başımnı aşağı salıb səhərdən axşama kimi işləyirəm. Bilirsiniz, kimlərsə başqa yolun məqbul olduğunu iddia edə bilərlər, amma mən savaşı seçmişəm və haqsızlığa qarşı vuruşuram. Mən hesab edirəm ki, insan müqavimət göstərmədikcə onu daha çox əzirlər və əzməkdə də davam edəcəklər. Ona görə müqavimət mərkəzi yaratdım ki, haqsızlığa qarşı savaşmaq istəyənləri bir yerə toplaya bilək, hakimiyyət də anlasın ki, insanları bu qədər sıxma-boğmaya almaq olmaz.”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO